• İmam bayıldı resepti

Reseptin məlumatları Baxış sayı: 20 436

Tarix : 22-11-2014, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 badımcan (20 sm uzunluqda)
3 baş soğan
3 pomidor
8 acı bibər
8 diş sarımsaq
1 ç.q. şəkər
cəfəri
duru yağ
zeytun yağı

Hazırlanması:
Badımcanları adda-budda soyun. Çox duzlu suyun içində yarım saat saxlayın. Bu müddətdə soğanları doğrayın, ortadan iki bölünmüş sarımsaqlarla zeytun yağında qızardın. Pomidorun qabığını soyub xırda kubik şəklində doğrayın və soğana əlavə edin. Bibərləri, cəfərini və şəkəri də əlavə edib qovurmağa davam edin. Çalışın, pomidorlar əzilməsin. Ocaqdan götürün. Duz və istiot əlavə edin.

Badımcanları sudan çıxarıb acı suyu və duzu çıxması üçün yuyun, salfetlə qurulayın. Bıçaqla uzunasına badımcanın yarısına qədər kəsin (yarıq alınsın). Sonra onları rəngi dəyişib yumşalana qədər qızardın. Artıq yağını salfetlə qurulayın. Soyudun. Qaşıqla yarığı enlədin. İçi bu yarığa yerləşdirin. Üstündən pomidor dilimləri və dənəsi çıxarılmış və ortadan bölünmüş acı istiot qoyun.

200 dərəcəyədək qızdırılmış sobada pomidorlar qızaranadək bişirin. Hazır olandan sonra süfrəyə verərkən üzərinə azacıq zeytun yağı gəzdirin.

Nuş olsun!
Etiketlər: zeytun, əlavə, ortadan, qədər, doğrayın, bölünmüş, qızardın, salfetlə, pomidorlar, Badımcanları, qurulayın, istiot, pomidor, yağını, Artıq, yumşalana, Soyudun, Qaşıqla, yarığa, enlədin
BİZİ İZLƏYİN