• Kartof ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 17 609

Tarix : 22-11-2014, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 kq kartof
240 q baş soğan
200 q kök
100 q kərə yağı
5 yumurta
50 q xama
50 q suxarı
cəfəri və ya şuyud
duz
istiot

Hazırlanması:
Təmizlənmiş kartofu qaynayan duzlu suda bişirin. Tam hazır olandan sonra suyunu süzün. İsti-isti sürtgəcdən keçirin.

İç üçün: Soğanı xırda doğrayın və yağda 5-7 dəqiqə qızardın. Saman kimi doğranmış kökü əlavə edib ağzını bağlayın və bişirin. Yumurtaları qaynadın, xırda doğrayıb kök və soğana əlavə edin. Duz, istiot, doğranmış göyərti əlavə edin.
Sellofanın üzərini yüngülcə yağlayın. Hazır püreni düzbucaqlı formada onun üzərinə 2-2,5 sm qalınlıqda yayın. Ortasına iç qoyun. Sellofanın köməyilə rulet kimi bükün. Yağlanmış və suxarı səpilmiş sininin içinə qoyun. Üzərinə çəngəllə naxışlar vurun, xama çəkin və 220 dərəcədə sobada bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, xırda, qoyun, istiot, doğranmış, suxarı, Sellofanın, qalınlıqda, üzərinə, yayın, Ortasına, üzərini, formada, yağlayın, yüngülcə, püreni, düzbucaqlı, Hazır, rulet
BİZİ İZLƏYİN