• Kələm kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 38 398

Tarix : 22-11-2014, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kələm
1 soğan
1 yumurta
2-3 diş sarımsaq
duz
istiot
1/2 st. manna
suxarı
şüyüd
göy soğan
bitki yağı

Hazırlanması:
Kələmin ortasını çıxarın. Bir neçə yerə bölüb duzlu suda təxminən 4-5 dəqiqə bişirin. Sonra sudan çıxarıb aşsüzənə qoyun ki, suyu çəkilsin. Sonra ət maşınından keçirin. Suyunu sıxın. Soğanı da ət maşınından keçirib kələmə əlavə edin. Yumurta, duz, istiot, əzilmiş sarımsaq, xırda doğranmış şüyüd və göy soğan əlavə edib qarışdırın, manna əlavə edin. Alınan qarışığı hissələrə bölün. Kotlet tutun, suxarıya batırıb qızardın.

Nuş olsun!
Etiketlər: əlavə, soğan, şüyüd, Sonra, manna, istiot, maşınından, sarımsaq, doğranmış, xırda, əzilmiş, keçirib, Soğanı, qarışdırın, kələmə, Yumurta, hissələrə, suxarıya, batırıb, qızardın
BİZİ İZLƏYİN