• Tərəvəzli qraten resepti

Reseptin məlumatları Baxış sayı: 17 268

Tarix : 22-11-2014, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq döşü
1 st. yaşıl noxud
1 kartof
2 kök
1 ç.q. qara istiot
1 st. süd
2 x.q. un
1 x.q. kərə yağı
1 st. sürtgəcdən keçirilmiş holland pendiri
duz

Hazırlanması:
Toyuq ətini suda bişirib didin. Odadavamlı şüşə siniyə yığın. Kartof və kökü soyun, yuyub kubik şəklində doğrayın, noxudla birlikdə bişirin. Sonra bunları toyuğun üzərinə əlavə edin. Ayrı bir tavada kərə yağını əridib unu qovurun. Üzərinə yavaş-yavaş süd, duz və istiot əlavə edərək qarışdırın. Bir az qatılaşandan sonra ocaqdan götürüb toyuq və tərəvəzin üzərinə yayın. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edəndən sonra isti sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, pendiri, Üzərinə, sonra, yavaş, keçirilmiş, holland, sürtgəcdən, bişirin, üzərinə, istiot, toyuq, qovurun, yağını, edərək, tavada, əridib, götürüb, edəndən, sobada
BİZİ İZLƏYİN