• Yaşıl lobya ləzzəti resepti

Reseptin məlumatları Baxış sayı: 22 253

Tarix : 23-11-2014, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram təzə yaşıl lobya
1/2 stəkan zeytun yağı
4 dişq sarımsaq
1 limonun suyu
Duz
3 közlənmiş qırmızı bibər
2 litr su

Hazırlanması:
Lobyaları suda yuyub təmizləyin, hər birini 2-3 tikəyə ayırın. Közlənmiş bibərləri təmizləyin və doğrayın. Qazanda 2 litr suyu qaynadın, lobyaları suya ataraq 10 dəqiqə bişirin. Bişmiş lobyaları içində soyuq su olan qaba yığın. Bu, lobyaların yaşıl rəngini saxlaması üçündür.
Zeytun yağını döyülmüş sarımsaq və limon suyu ilə qarışdırın. Salat qabına lobyaları və bibərləri qoyarkən onları sarımsaqlı sous ilə qarışdırın.

Nuş olsun!
Etiketlər: lobyaları, qarışdırın, bibərləri, yaşıl, sarımsaq, təmizləyin, rəngini, sarımsaqlı, saxlaması, lobyaların, yığın, içində, olsun, soyuq, üçündür, Zeytun, onları, Salat, qabına, limon
BİZİ İZLƏYİN