• Bandırma resepti

Reseptin məlumatları Baxış sayı: 15 268

Tarix : 16-12-2014, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd çiy yuxa
1 toyuq döşü
125 q kərə yağı
1 st. qoz
5 st. su
duz

Hazırlanması:
Yuxalardan birini açıb ortadan ikiyə bölün. Rulet kimi büküb 5 sm enində hissələrə doğrayın. Digər yuxaları da bu cür doğrayın.

5 st. suya duz töküb toyuq ətini bişirin. Hazır olduqda əti çıxarın.

Doğradığınız yuxaları ocaqda qaynayan toyuq ətinin suyuna batırıb yağlanmış siniyə bir sıra düzün. Toyuq ətini didib bir qədərini yuxanın üzərinə düzün. Üzərinə təkrarən bulyona batırılmış yuxa düzün. Toyuq əti və qoz düzün. Ərzaqlar bitənədək prosesi təkrarlayın. Sonda 2 çömçə isti bulyon tökün. Qoz səpin, kərə yağı gəzdirin. İstəsəniz, sobada 5 dəqiqə bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: düzün, toyuq, yuxaları, doğrayın, ətini, bişirin, Toyuq, bitənədək, Ərzaqlar, prosesi, təkrarən, yuxanın, qədərini, üzərinə, Üzərinə, bulyona, təkrarlayın, batırılmış, Sonda, dəqiqə
BİZİ İZLƏYİN