• Kilkə dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14671

Tarix : 16.12.2014, 19:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Dolmalar, Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Bu yemək Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.

Tərkibi:
1 kiloqram kilkə balığı
1 baş quru soğan
0,5 dəstə incə doğranmış ispanaq
2 diş döyülmüş sarımsaq
Qara bibər
Pul bibər
Duz

Qızartmaq üçün:
2 yumurta
2 stəkan qarğıdalı unu və ya adi un
0,5 stəkan günəbaxan, kərə və ya zeytun yağı

Hazırlanması:
Kilkə balıqlarının başlarını və qılçıqlarını ayırın, yuyun, duzlayın və suyunun süzülməsi üçün süzgəcə qoyun. Soğanı incə şəkildə doğrayın, ispanaq, sarımsaq və bibər əlavə edib qarışdırın.

Təmizlənmiş və ortadan ayrılmış kilkənin içinə həmin qarışığından bir çay qaşığı qoyun, sonra balığın açılmş qarnını birləşdirin. Kilkəni əvvəlcə una, sonra da çırpılmış yumurtaya batıraraq qızğın yağda qızardın.
Kilkə dolması süfrəyə verilərkən qırmızı soğan, kiçik duzlu xiyar və ya kahı əlavə edilərsə, daha dadlı alınar.
Kilkə dolması resepti - FOTO RESEPT

Kilkə dolması resepti - FOTO RESEPT

Kilkə dolması resepti - FOTO RESEPT

Kilkə dolması resepti - FOTO RESEPT

Kilkə dolması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bibər, sarımsaq, ispanaq, stəkan, Kilkə, qoyun, sonra, soğan, əlavə, dolması, qaşığı, qarışığından, dadlı, balığın, edilərsə, həmin, kilkənin, Təmizlənmiş, qarışdırın, Kilkəni
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN