• Sac qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 38 717

Tarix : 16-12-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500-600 qram quzu əti
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı zeytun yağı (sous üçün)
2-3 incə doğranmış yaşıl bibər
1 qırmızı bibər
2 pomidor
2 baş quru soğan
2 dəstə yaşıl soğan
5-6 diş sarımsaq
2-3 dəfnə yarmağı
Kəklikotu, pul bibər, qara bibər
Duz

Hazırlanması:
Doğranmış soğanın suyunu çıxarın, içinə dəfnə yarmağı, kəklikotu və zeytun yağını əlavə edin. Quzu ətini xırda doğrayın, bu sousla qarışdırın, soyuducuda 5-6 saat saxlayın. Sacı isidin, içinə ətləri düzün və suyu çəkilənə qədər qovurun. Yağı da əlvə edəndən sonra doğranmış soğan qatın. Soğanlar qovrulandan sonra əvvəlcə doğranmış pomidor əlavə edin. Ən sonda pul və qara bibərləri qatın.
Sac qovurması resepti

Sac qovurması resepti

Sac qovurması resepti

Sac qovurması resepti

Sac qovurması resepti


Nuş olsun!
Etiketlər: bibər, soğan, doğranmış, sonra, dəfnə, qatın, yarmağı, pomidor, içinə, qaşığı, xörək, zeytun, yaşıl, əlavə, qədər, isidin, saxlayın, qovurun, ətləri, düzün
BİZİ İZLƏYİN