• Kartof püreli sote resepti

Reseptin məlumatları Baxış sayı: 15 593

Tarix : 16-12-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram tikə dana və ya quzu əti
1 incə doğranmış baş soğan
1 kiçik dilimlənmiş pomidor
1 xörək qaşığı kərə yağı
4-5 diş sarımsaq
1 çay qaşığı soya sousu
1-2 dəfnə yarpağı
1 çay qaşığı qurudulmuş kəklikotu
Duz
Qara bibər
Pul bibər

Kartof püresi üçün:
5-6 bişmiş və əzilmiş kartof
1 xörək qaşığı kərə yağı
2 stəkan soyuq süd
Bir çimdik doğranmış muskat qozu
Duz
Qara bibər

Hazırlanması:
Əvvəlcə kartofları qaynadıb bişirin, sonra əzin. Ayrı qabda kərə yağını əridəndən sonra ora əzilmiş kartofları, südü və ədviyyatı əlaıə edin. Kartof südü "canına" çəkənə qədər qarışdırıb bişirin.

Geniş və iri teflon tavada ət tikələri əvvəlcə güclü, sonra vam odda bişəndən sonra soğan əlavə edin və qovurun. Daha sonra pomidor, bibər, soya sousu və s. əlavə edəndən sonra əvvəlcədən hazırladığınız kartof püresinin üstünə qoyaraq, süfrəyə verin.
Kartof püreli sote resepti

Kartof püreli sote resepti

Kartof püreli sote resepti


Nuş olsun!
Etiketlər: sonra, qaşığı, bibər, Kartof, əzilmiş, kartof, əlavə, kartofları, sousu, bişirin, pomidor, xörək, soğan, doğranmış, tavada, əvvəlcə, güclü, tikələri, teflon, çəkənə
BİZİ İZLƏYİN