• Rəngli plov resepti

Reseptin məlumatları Baxış sayı: 16 291

Tarix : 17-12-2014, 11:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan uzun düyü
1 stəkan kərə və ya zeytun yağı
1 ədəd kəsmə şəkər
1 pomidorun püresi
1 dəstə doğranmış dərəotu
1 dəstə doğranmış kərəviz
1 dəstə təzə nanə
1 stəkan suda bişmiş yaşıl paxla
1 stəkan suda bişmiş noxud
0,5 stəkan qaynanmış qarğıdalı
1 limonun suyu
1 xörək qaşığı quşüzümü
1 çay qahığı qara bibər
Duz

Hazırlanması:
Düyünü duzlu suda bişirib 40-45 dəqiqə saxlayandan sonra normal plov bişirin. Bişmiş plovu 3 bərabər hissəyə ayırın. İlk ayrılmış hissəni pomidor püresi ilə qarışdırın, ikinci hissəyə göyərtini əlavə edin, üçüncü hissəni paxla, qarğıdalı və noxudla qarışdırın.
Ortası dəlik kek qabını streç ilə örtəndən sonra yarımfabrikat plovu ayrı-ayrı qablara doldurun, üstünü streçlə qapayın, soyuducuda 30 dəqiqə saxlayın.Bundan sonra prlovu soyuducudan çıxarın, qabı boşqaba tərs çevirərək masaya qoyun. Plovun üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz.
Rəngli plov resepti

Rəngli plov resepti

Rəngli plov resepti


Nuş olsun!
Etiketlər: stəkan, dəstə, sonra, dəqiqə, paxla, qarğıdalı, plovu, üstünü, qarışdırın, hissəni, bişmiş, hissəyə, püresi, doğranmış, qablara, yarımfabrikat, doldurun, zeytun, qapayın, streçlə
BİZİ İZLƏYİN