• Qaracabəy mantısı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 298

Tarix : 17-12-2014, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 paket hazır qaracabəy mantısı
1 ədəd buğlanmış bütöv toyuq
1 kasa buğlanmış noxud
500 qram sarımsaqlı qatıq
3 xörək qaşığı kərə yağı
Pul bibər
Qara bibər
Duz

Hazırlanması:
Bütöv toyuğu 2 xörək qaşığı kərə yağı, duz, qara bibərlə yaxşıca buğa verin. Bəzi tərəflərdə bu prosesə "buğlama" da deyilir. Qaracabəy mantısını şüşə qaba düzün, sobada bir az isidin, sonra üzərinə qaynanmış toyuq suyu (bulyon) tökün. Toyuq ətini mantıların üzərinə didib tökün və yenidən sobaya qoyaraq suyu çəkilənə qədər qabı fırladaraq bişirin.

Qabı sobadan çıxarandan sonra təamın üzərinə sarımsaqlı qatıq, bir xörək qaşığı kərə yağında qızardılmış pul bibər tökün.
Qaracabəy mantısı resepti - FOTO RESEPT

Qaracabəy mantısı resepti - FOTO RESEPT

Qaracabəy mantısı resepti - FOTO RESEPT

Qaracabəy mantısı resepti - FOTO RESEPT

Qaracabəy mantısı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bibər, xörək, tökün, qaşığı, üzərinə, sarımsaqlı, sonra, toyuq, qatıq, buğlanmış, mantıların, yenidən, didib, ətini, qaynanmış, bulyon, Toyuq, sobaya, bişirin, təamın
BİZİ İZLƏYİN