• Zeytun yağlı təzə lobya resepti

Reseptin məlumatları Baxış sayı: 17 930

Tarix : 17-12-2014, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram təzə lobya
2 baş quru soğan
2 pomidor
4-5 diş sarımsaq
1 qırmızı bibər
1 yaşıl bibər
1/2 stəkan zeytun yağı
1 çay qaşığı şəkər tozu
0,5 xörək qaşığı tomat
Duz

Hazırlanması:
Təzə lobyaları yuyun, təmizləyin, doğrayın. Tavaya yağ atın, baş soğanı doğrayıb yaxşıca qızardın, sonra lobya, doğranmış pomidor, sarımsaq, bibərləri üstünə tökün.
Bunların üstünü örtəcək səviyyədə su əlavə edin, tavanın qapağını bağlayın və ya tavanın üstünə boşqab çevirib vam odda bişirin. Lobya suyu çəkilənə qədər bişməlidir. Bişəndən sonra isə soyuyana qədər qabağı açmayın. Əgər lobya sula qalarsa, qapağı götürün və bir az da bişirin.
Süfrəyə verərkən üzərinə zeytun yağı əlavə edin.

Nuş olsun!
Etiketlər: lobya, sonra, qaşığı, əlavə, bişirin, qədər, zeytun, tavanın, üstünə, pomidor, sarımsaq, bibər, Lobya, soğan, çəkilənə, çevirib, qapağını, bağlayın, boşqab, bişməlidir
BİZİ İZLƏYİN