• Sobada bişmiş qaymaqlı makaron resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 229

Tarix : 17-12-2014, 23:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket makaronu
1,5 paket qaymaq
300 qram ispanaq
1 baş quru soğan
1 yerkökü
1/2 stəkan əridilmiş kərə yağı
Duz
Qara bibər
Pul bibər

Hazırlanması:
Makaronları bol suda qaynadın və süzün. Tavaya yağ tökün, soğanı doğrayıb əlavə edin, qovurun və təmizlənmiş ispanaqları əlavə edin. Yerkökünü xırda doğrayın, su çəkilənə qədər qovurmağa davam edin. Duz və ədviyyatı əlavə edəndən sonra yağlanmış böyük bir qabda ispanaq, qaymaq və makaronları qarışdırın. Daha sonra qabın ağzını folqa ilə qapadıb 180 dərəcə isidin, 40-45 dəqiqə bişirin. Süfrəyə verərək üstünə azacıq pendir əlavə edin.
Sobada bişmiş qaymaqlı makaron resepti - FOTO RESEPT

Sobada bişmiş qaymaqlı makaron resepti - FOTO RESEPT

Sobada bişmiş qaymaqlı makaron resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, bibər, ispanaq, paket, qaymaq, qarışdırın, ağzını, makaronları, qabın, yağlanmış, ədviyyatı, edəndən, folqa, böyük, qabda, isidin, üstünə, azacıq, pendir
BİZİ İZLƏYİN