• Lavaşda balıq resepti

Reseptin məlumatları Baxış sayı: 28 429

Tarix : 2-06-2014, 20:04

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 təzə balıq
1 lavaş
1 pomidor
1 dəstə keşniş
0,5 limon şirəsi
2 x.q. kərə yağı
duz
istiot

Hazırlanması:
Lavaşın üzərinə kərə yağı çəkin.

Balığı təmizləyin, duz, istiot vurun, limon şirəsi çəkin.

Balığı lavaşın üstünə qoyun.

Üstünə xırda doğranmış keşniş və pomidor, kərə yağı dilimləri qoyun. Duz, istiot səpin. Zövqə görə doğranmış baş soğan da səpmək olar.
Lavaşa bükün.
Bunu isə folqaya büküb əvvəlcədə 190 dərəcə qızdırılmış sobaya qoyun.
Təxminən 40 dəqiqə bişirin.

Balığı elə lavaşda süfrəyə verin. Qarnir kimi tərəvəz salatı verə bilərsiniz.

Nuş olsun!

Etiketlər: qoyun, istiot, Balığı, pomidor, doğranmış, şirəsi, limon, keşniş, çəkin, Təxminən, sobaya, əvvəlcədə, folqaya, büküb, olsun, dərəcə, qızdırılmış, süfrəyə, tərəvəz, bilərsiniz
BİZİ İZLƏYİN