• Kremli və tərxunlu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 14 836

Tarix : 18-12-2014, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 qram toyuq budu
100 milliqram krem
1 çay qaşığı qatıq
5-6 təzə tərxun
1 diş sarımsaq
Qara bibər
Duz

Hazırlanması:
Krem, qatıq, duz və qara bibəri yaxşıca doğranmış sarımsaqla qarışdıraraq sous hazırlayın. Toyuq budlarını sousa bulayın, tərxun yarpaqlarını saplaqdan ayırın və toyuqların üzərinə səpin. Soba tavasına toyuq budlarını düzün, qabı soba paketinin içinə qoyub ağzını bağlayın və soyuducuda 2 saat saxlayın.
Daha sonra paketin üzərində bıçaqla 1-2 dəlik açın, 180 dərəcə isidilmiş sobada 1,5 saat bişirin.
Süfrəyə isti-isti verin.
Kremli və tərxunlu toyuq resepti

Kremli və tərxunlu toyuq resepti


Nuş olsun!
Etiketlər: tərxun, qatıq, budlarını, toyuq, soyuducuda, saxlayın, bağlayın, sonra, içinə, düzün, paketinin, paketin, qoyub, ağzını, bıçaqla, bişirin, Süfrəyə, verin, olsun, sobada
BİZİ İZLƏYİN