• Sobada pomidor və makaron resepti

Reseptin məlumatları Baxış sayı: 21835

Tarix : 19.12.2014, 10:00

Bölmə : Quru yeməklər, Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket orta yoğunluqda çubuq makaron
5 stəkan su
5 stəkan süd
1 baş incə doğranmış soğan
3/4 stəkan un
3 ədəd doğranmış pomidor və 2 xörək qaşığı tomat pastası
2,5 xörək qaşığı kərə yağı
Duz
Qara bibər
4 ədəd yumurta
150 qram holland və ya qravye pendiri

Hazırlanması:
5 stəkan suyu qazana tökün, duz əlavə edib qaynadın. Qaynayan suya makaronları atın, 15-20 dəqiqə bişirin. Makaronları çıxarıb süzgəcdən keçirin.
Sous üçün ayrı tavada soğanı kərə yağında qovurun, azacıq qızarıb-ağaran soğanlara un əlavə edin, qovurmağa davam edin. Sonra duz və qara bibər əlavə edin, südü ahəstə şəkildə tökün, qatılaşana qədər qarışdırın, doğranmış pomidorları əlavə edərək qarışdırmağa davam edin.
Bişmiş makaronları qazana töküb üzərinə doğranmış pedir, sous, çırpılmış yumurtalar əlavə edərək yaxşıca qarışdırın, içi yağlanmış qəlibə töküb 170 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra 15 dəqiqə gözləyin, sonra qazanın ağzına boşqab qoyun, qazanı tərs çevirin, alınmış makaron yığınını dilim-dilim doğrayıb süfrəyə verin.
Sobada pomidor və makaron resepti

Sobada pomidor və makaron resepti

Sobada pomidor və makaron resepti

Sobada pomidor və makaron resepti

Sobada pomidor və makaron resepti


Nuş olsun!


Etiketlər: əlavə, doğranmış, stəkan, dəqiqə, bişirin, tökün, bibər, qazana, makaronları, davam, qarışdırın, qaşığı, töküb, edərək, sonra, makaron, xörək, dilim, dərəcə, qəlibə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN