• Badımcanlı sarma resepti

Reseptin məlumatları Baxış sayı: 14 734

Tarix : 19-12-2014, 16:00

Bölmə : Quru yeməklər / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 qırmızı bibər
1 yaşıl bibər
1 baş soğan
1 kq sarma fətiri
1 stəkan süd
1 stəkan əridilmiş kərə yağı və ya zeytun yağı
2 yumurta

Hazırlanması:
Badımcanları və bibərləri sobada gözləyin. Sonra incə şəkildə doğrayın. Teflon tavaya bir az yağ tökərək soğanları azacıq qızarana qədər qovurun. Közlənmiş badımcan və bibərləri tavaya qoyun, duz və bibəri əlavə edib odu söndürün.

Sarma fətirlərindən hər birini açıb üstünə yağ, süd və yumurta qarışığını sürtün. Əvvəlcə fətirin kənarlarını qatlayın, quru qalmış hissələrinə təkrarən qarışığı sürtün. Daha sonra digər kənarları qatlayıb 35-40 santimetr səthi olan dördbucaq sarmalar hazırlayın. Bu sarmaları döod yerə kəsib 4 kiçik sarma əldə edin. Həmin sarmaların ortasına badımcanlı qarışıqdan qoyub boxça şəklində qatlayın və tavaya düzün.

Sarmaların tutması üçün səthlərinə bir qədər su əlavə edin.
Daha sonra sarmalara yumurta sarısı, darçın və çörəkotu əlavə edərək 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, tavaya, yumurta, sürtün, stəkan, sobada, sarma, sonra, bibər, qədər, qatlayın, bibərləri, kəsib, Həmin, sarmaların, sarmaları, kiçik, səthi, qatlayıb, kənarları
BİZİ İZLƏYİN