• Ətli qabaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 213

Tarix : 19-12-2014, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1,5 kq dolmalıq qabaq
2 xörək qaşığı dolmalıq düyü
300 qram quzu əti
Qazanın dibi üçün quzu ətinin sümükləri
2 xörək qaşığı bibər və ya pomidor rıçalı
2 doğranmış pomidor
2 incə doğranmış baş soğan
2-4 diş doğranmış sarımsaq
2 xörək qaşığı marqarin
1/2 dəstə doğranmış cəfəri
1/2 dəstə doğranmış şüyüd
1 xörək qaşığı quru nanə
Duz
Qara bibər

Hazırlanması:
Qabaqların üstünü qazıyın, təmizləyəndən sonra yuyun, bıçaqla içlərini ovun. İç üçün quzu əti qıymasını, yuyulmuş düyünü, qabığı soyulmuş pomidorları, soğanı, sarımsağı, şüyüdü, cəfərini, ədviyyatı, rıçalın və marqarinin yarısını, duzu qoyub çox sıx olmayacaq şəkildə qabaqlara doldurun.

Daha sonra qabaqları qazanın dibinə düzülmüş sümüklərin üstünə düzün. Qabaqların üstünü örtəcək qədər rıçallı su tökün, yerdə qalan marqarini də əlavə edəndən sonra qazanın ağzını bağlayın, orta odun üzərində bişirin.
Qabaqlar yumşalıb içindəki düyü bişəndə odu söndürün, dolmaları buluda düzün, üstünə şüyüd səpin.
Ətli qabaq dolması resepti

Ətli qabaq dolması resepti

Ətli qabaq dolması resepti

Ətli qabaq dolması resepti


Nuş olsun!
Etiketlər: doğranmış, xörək, qaşığı, sonra, üstünü, üstünə, düzün, şüyüd, dəstə, pomidor, dolmalıq, Qabaqların, qazanın, bibər, qalan, yerdə, tökün, rıçallı, qədər, sümüklərin
BİZİ İZLƏYİN