• İspanaqlı sufle resepti

Reseptin məlumatları Baxış sayı: 13 963

Tarix : 19-12-2014, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq yuyulub doğranmış ispanaq
4 yumurta
150 qram doğranmış holland pendiri
Duz
Qara bibər

Beşamel sousu üçün:
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
2 stəkan soyuq süd
Duz
Hind qozu

Hazırlanması:
Yuyulmuş və doğranmış ispanaqları isti suda 1-2 dəqiqə bişirin, soyuq suya salın. Beşamel sousu üçün ayrıca tavaya yağ tökün, un əlavə edib qovurun, sonra süd və duz əlavə edərək yaxşıca qarışdırın, bişirin.

İspanaqları və 4 yumurtanın sarısını beşamel sousu ilə qarışdırın. Yumurtanın ağını isə başqa qabda qarışdırın, sonra onu və başqa inqradientləri yağlanmış soba qablarına tökün, pul bibər əlavə edərək 180 dərəcəyədək qızdırılmış sobaya qoyun, 30-35 dəqiqə bişirin.
Sufle isti yeyiləndə daha ləzzətli olur.
İspanaqlı sufle resepti

İspanaqlı sufle resepti

İspanaqlı sufle resepti

İspanaqlı sufle resepti

İspanaqlı sufle resepti

İspanaqlı sufle resepti


Nuş olsun!
Etiketlər: bişirin, qarışdırın, sousu, əlavə, doğranmış, dəqiqə, soyuq, tökün, başqa, edərək, qaşığı, sonra, Beşamel, bibər, xörək, inqradientləri, qablarına, yağlanmış, qabda, Yumurtanın
BİZİ İZLƏYİN