• Bexi-dulma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 353

Tarix : 19-12-2014, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Stalik Xankişiyev


Tərkibi:
3 heyva
1,5 kq ət
1 ovuc fıstıq
1 ovuc kişmiş
reyhan
nanə
keşniş
pul bibər
parmezan pendiri
sumax
duz
acı istiot
kartof
yerkökü
bolqar bibəri
zirə

Hazırlanması:
Bəzilərində bu qiymənin tərkibi şübhə oyada bilər. Amma ətlə heyva birləşirsə, o zaman bu qiymədə də təəccüblü bir şey yoxdur.

Çəkilmiş ət, fıstıq, kişmiş, doğranmış göyərti və ədviyyatı qarışdırın.

Heyvanı təmizləyib iki bölün. Qiyməni doldurarkən heyvanın bütün kəsiminin üzərini örtməyə çalışmayın, şirəsinin çıxması üçün də yer saxlayın.

Heyva çox şirə buraxırsa, deməli, gec bişəcək, təbii ki, bu halda əziləcək.

Heyva gec bişəcəksə ətlə kartof da gec bişəcək, onların da bişmə dərəcəsi bizi qane etməyəcək. Bunun üçün başqa yol seçmək lazımdır: qazana bir qədər bitki yağı tökün, kartofu qızardın, bişməsi lazım deyil, sadəcə qızarsın. Ət tikələrini də eyni qaydayla qızardın.

Sonra əti də, kartofu da çıxarıb salfetin üstünə düzün ki, yağı axsın, duz vurun, ətin üzərinə isə zirə səpin.

Qazana çox heyva doldurmaq da lazım deyil, çünki şirəsi çox olacaq, elə alınacaq ki, yeməyi sanki buxarda bişirmisiniz. Buna görə 1,5-2 kq ətə 3 heyva bəs edir. Bir heyvanın yarısı, 2 ortaboy kartof, bir tikə ət, bir acı istiot - bir adamın payı edir, onu doyurur. Qiymədən artıq qalarsa, ondan da küftə tutun, heyva dolmasının əti gözünə az görünənləri sevindirin.

Kartofla tikə əti qovurduqdan sonra qalan yağında həmin küftələri qovurun. Onların da üzəri qızarsa, bəsdir, tam bişirmək lazım deyil.

Qazan isti-isti ərzağı düzün: altdın tikə əti, kartofu…

Duzlanmamış yerkökünü qazanın dibi boyu, istiotu və bibəri də onun böyrünə düzün.

Bunun hamısının üstündən isə içi doldurulmuş heyvaları, küftəni düzün.

Qazanın qapağını örtün, iti ocağın üzərinə qoyun.

Altında dəmir lövhə olması yaxşı olar, çünki o, ocağı yayır və qazanın dibindəki tərəvəzin yanmasının qarşısını alır. Bizə lazımdır ki, istilik qazanın yuxarı hissəsinə çatsın.

1,5 saat ərzində qazanın qapağını götürüb içindəki buxarı buraxıb, artıq suyunu götürün.

Qazandakıları götürəndən sonra onun dibində yağ və heyvanın, yerkökünün və ətin şirəsinin qarışığı qalır.

Yağın artığını qaşıqla yığın (hamısını yox).

Ocağı artırın, sous qaynamalıdır. Həmin sousu dolmanın üzərinə gəzdirin.
Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT

Bexi-dulma resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: heyva, qazanın, düzün, deyil, kartof, heyvanın, lazım, üzərinə, Bunun, qapağını, Heyva, şirəsinin, lazımdır, kartofu, çünki, sonra, qızardın, artıq, bişəcək, istiot
BİZİ İZLƏYİN