• Mərcili ispanaq kökü yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 15 304

Tarix : 20-12-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ispanaq kökü
150 qram qaynanmış yaşıl mərci
1 baş doğranmış soğan
2 xörək qaşığı tomat
2-3 xörək qaşığı əridilmiş kərə yağı
4-5 diş döyülmüş sarımsaq
1 xörək qaşığı quru nanə
1 limonun suyu
Duz

Hazırlanması:
İspanaqları yuyun, köklərini yarpaqlara qədər kəsərək ayırın, sonra ortalarından bölərək doğrayın.
Qazanda soğanı yağ və tomatla qarışdırıb yaxşıca qovurun, sonra ispanaq kökləri və duz əlavə edin, ispanaq saplarının yumşalmasına qədər bişirin.
Daha sonra ispanağın üzərinə yaşıl mərci və 1,5 stəkan su əlavə edərək bişirməyə davam edin.
Tam bişməyə az qalmış əzilmiş sarımsaq, limon suyu və quru nanəni kasada qarışdırıb yeməyin üzərinə tökün, bir neçə dəqiqə qaynadıb odu söndürün.

Nuş olsun!
Etiketlər: sonra, xörək, qaşığı, ispanaq, qədər, sarımsaq, üzərinə, qarışdırıb, yaşıl, əlavə, mərci, bişirməyə, davam, edərək, yumşalmasına, saplarının, bişirin, ispanağın, stəkan, limon
BİZİ İZLƏYİN