• Bolonya spagettisi resepti

Reseptin məlumatları Baxış sayı: 16 595

Tarix : 20-12-2014, 15:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 paket spagetti
250 qram çəkilmiş dana əti
1 baş soğan
1 xörək qaşığı tomat
4 pomidor
Duz
Qara bibər
Cəfəri
2-3 xörək qaşığı zeytun yağı

Hazırlanması:
Soğan, pomidor və sarımsağı doğrayın. Sous qabı və ya tavaya zeytun yağı tökün, soğana bir qədər duz vuraraq ağarana qədər qovurun, sonar tomat əlavə edin və qovurmağa davam edin.
Dana əti və sarımsağı qarışdıraraq 4-5 dəqiqə bişirin. Ətin rəngi dəyişən kimi doğranmış pomidorları əlavə edin.
Təxminən 10-15 dəqiqə vam odda bişirin, sonra spagettinin üzərinə tökərək süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bişirin, pomidor, qədər, zeytun, sarımsağı, qaşığı, tomat, əlavə, dəqiqə, xörək, dəyişən, rəngi, qarışdıraraq, doğranmış, davam, sonra, süfrəyə, verin, olsun, tökərək
BİZİ İZLƏYİN