• Ətli tərəvəzli kartof düzməsi resepti

Reseptin məlumatları Baxış sayı: 40 453

Tarix : 3-06-2014, 05:47

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Oktay usta


Tərkibi:
500 qr. quş başı ət
2 soğan
2 yaşıl bibər
1 qırmızı bibər
1 kasa rəndələnib yumrulanmış köklər
1 su stəkanı göy noxud
3 diş sarımsaq
2 pomidor
1 balaca qab göbələk
1 çay qaşığı dənə qara bibər
1 dəfnə yarpağı
Duz
Duru yağ

Üzəri üçün:
3 kartof
1 çay stəkanı krem
Təzə kəklikotu


Hazırlanması:
Quşbaşı doğranmış ətləri geniş bir qazanda duru yağ ilə qovururuq. Dənə qara bibər və dəfnə yarpağını qoyub qovurmağa davam edirik. Soğan və sarımsağı incə bir şəkildə doğrayıb əlavə edirik.
Kök və göy noxudu qatırıq. Göbələk, yaşıl bibər və qırmızı bibəri doğrayıb əlavə edirik. Duzunu qatırıq. Qapağını bağlayıb öz suyu ilə bişiririk. Ətlər bişdikdən sonra soyulmuş pomidoru incə bir şəkildə doğrayıb əlavə edirik.
Bişdikdən sonra soba qabına tökürük. Kartofları soyub dilimliyirik. Yeməyin üzərinə düzürük. Kremi üzərinə tökürük. Əvvəldən isidilmiş 180 dərəcə sobada kartoflar bişənə qədər bişiririk. Bişdikdən sonra üzərinə təzə kəklikotu səpib servis edirik.

Nuş olsun!
Etiketlər: edirik, bibər, doğrayıb, əlavə, sonra, üzərinə, kəklikotu, tökürük, Bişdikdən, bişiririk, qatırıq, dəfnə, şəkildə, yaşıl, qırmızı, stəkanı, qabına, bağlayıb, Kartofları, soyub
BİZİ İZLƏYİN