• Nyudi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 785

Tarix : 21-12-2014, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
400-450 q feta pendiri
parmezan pendiri
20 ədəd çerri pomidoru (əvəzinə 5-6 ədəd adi pomidor da olar)
3-4 diş sarımsaq
1 dəstə ispanaq
zeytun yağı
Nyudi resepti - FOTO RESEPT


Hazırlanması:
Tavada zeytun yağını qızdırıb xırda doğranmış sarımsaq əlavə edin. Tam qızarmamış xırdalanmış ispanaq tökün. Azca yumşalan kimi ocaqdan götürün, aşsüzənə yığın ki, həm soyusun, həm də artıq suyu axıb getsin.

3 x.q. zeytun yağında 2 diş doğranmış sarımsağı qızardın. Sonra pomidorların yarısını əlavə edin. 5 dəqiqə bişirib ocaqdan götürün.

Feta, sürtgəcdən keçirilmiş parmezan pendiri və ispanaq qovurmasını qarışdırın. Əgər ispanağın suyu yaxşı çəkilməyibsə, azca un əlavə edin. Sobaya qoyacağınız qabın dibinə pomidorların qalanını tökün. Əllərinizi zeytun yağına batıraraq pendir-ispanaq qarışığından yumurta boyda küftələr hazırlayın. Bunları pomidorların üstünə qoyun. Üzərinə bir neçə pomidor dilimi və sürtgəcdən keçirilmiş parmezan pendiri səpin. 200 dərəcə C-dək qızdırılmış sobada 10 dəqiqə, üstü qızaranadək bişirin.
Reyhan əlavə edə, makaronla birlikdə yeyə bilərsiniz.
Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT

Nyudi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, ispanaq, pendiri, zeytun, parmezan, pomidorların, dəqiqə, doğranmış, tökün, götürün, ocaqdan, keçirilmiş, sürtgəcdən, sarımsaq, pomidor, qabın, dibinə, yumurta, boyda, küftələr
BİZİ İZLƏYİN