• Şubalı döymə kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 16 852

Tarix : 18-04-2015, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
400 q toyuq əti
150-200 q şampinyon
100 q bərk pendir
1 baş soğan
1 dəstə cəfəri
3 kartof
2 yumurta
1 st. un
duz, istiot
bitki yağı

Hazırlanması:
Əti tikələrə bölüb (4 ədəd) hər iki üzünü döyün. Duz, istiot vurun.

İç:
Göbələk və soğanı kubik doğrayıb yarımbişmiş hala gələnədək qovurun. Pendiri sürtgəcin iri gözündən keçirin. Cəfərini xırda doğrayın. Göbələk, soğan, pendir və göyərtini qarışdırın, duz, istiot əlavə edin. Qaynar kütlədə pendir əriyəcək.
İçi ətin içinə qoyub ona oval forma verin.
Kotletləri əvvəlcə una, sonra yumurtaya batırın.
Kartofu sürtgəcdən keçirin. Yumurtaya batırdığınız kotletləri sürtgəcdən keçirilmiş kartofa bükün.
Qaynar yağda hər iki üzünü qızardın. Qızarandan sonra daha 5-10 dəqiqə mikrodalğalı sobada bişirin.
Üzərini mayonezlə bəzəyin. Süfrəyə tərəvəz və göyərti ilə verin.

Nuş olsun!
Etiketlər: pendir, istiot, sürtgəcdən, sonra, Göbələk, üzünü, Qaynar, keçirin, verin, soğan, Yumurtaya, kotletləri, keçirilmiş, batırdığınız, yumurtaya, Kotletləri, forma, əvvəlcə, kartofa, batırın
BİZİ İZLƏYİN