• Zeytunlu açma resepti

Reseptin məlumatları Baxış sayı: 17 000

Tarix : 19-04-2015, 23:00

Bölmə : Quru yeməklər / Börəklər / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi (10-12 əd.):
1 st. ilıq süd
1 st. ilıq su
1 st. bitki yağı
1 paket yaş maya
3 dolu x.q. şəkər tozu
1 dolu ç.q. duz
aldığı qədər un

iç:
dənəsiz qara zeytun

üzərinə:
1 yumurtanın sarısı
çörəkotu

Hazırlanması:
İlıq su və süddə mayanı əridin, digər ərzağı qataraq yumşaq, elastik xəmir yoğurun (unu az-az əlavə edin). Qabın üzərinə qida plyonkası çəkin, xəmirin həcmi 2 dəfə artana qədər (təxminən 1 saat) isti yerdə saxlayın.
Gəlmiş xəmirdən limon boyda kündələr tutun.
Yağlanmış çörək taxtasının üzərində nazik yayın. Bir tərəfinə zeytun qoyub rulet kimi bükün, kənarlarını birləşdirin (simit kimi, yaxud da spiral kimi bükə bilərsiniz). Perqament döşənmiş siniyə düzün, üzərinə yumurta sarısı çəkib çörəkotu səpin.
20 dəqiqə sinidə saxlayın (şişəcək).
190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Dükandan alınan zeytunlu açmadan heç bir fərqi olmur.

Nuş olsun!
Etiketlər: üzərinə, qədər, zeytun, sarısı, saxlayın, çörəkotu, bilərsiniz, spiral, yaxud, Perqament, döşənmiş, düzün, siniyə, nazik, simit, bükün, tərəfinə, qoyub, yayın, yumurta
BİZİ İZLƏYİN