• Pendirli bulkalar resepti

Reseptin məlumatları Baxış sayı: 16 192

Tarix : 30-04-2015, 23:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
250 q qauda pendiri
1 dolu ç.q. quru maya
2 x.q. şəkər tozu
0.5 ç.q. duz
250 ml isti su
2 x.q. bitki yağı
3-3.5 st. un

Hazırlanması:
Suda şəkər tozu və mayanı həll edin. 10 dəqiqə saxlayın. Duzu və unun yarısını əlavə edin, qarışdırıb yağ tökün. 150 q sürtgəcdən keçirilmiş pendir əlavə edin. Az-az un qataraq xəmir yoğurun.

Xəmirin üzərini örtüb 1,5 saat isti yerdə saxlayın.

Bu müddətdən sonra xəmiri bir dəfə ətləyin.

Siniyə perqament döşəyin.

Əlinizi bitki yağına batırıb xəmirdən 12 kündə tutun. Siniyə aralı-aralı düzün. 15-20 dəqiqə saxlayın, sonra üzərinə sürtgəcdən keçirilmiş pendirin qalanını səpin.

200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, hazır olanadək bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, saxlayın, sürtgəcdən, əlavə, keçirilmiş, aralı, Siniyə, sonra, şəkər, bitki, qauda, düzün, üzərinə, tutun, yağına, xəmirdən, kündə, pendirin, batırıb, səpin
BİZİ İZLƏYİN