• Boqraç resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 193

Tarix : 10-05-2015, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq mal əti
4 qabığı soyulmuş pomidor
3 bolqar bibəri
kartof
1 acı istiot
4 baş soğan
2-3 yerkökü
tomat sousunda lobya
yağ
bulyon və ya su
paprika
duz
qara istiot
cəfəri
sarımsaq

Hazırlanması:
Yağı qızdırın, 2 x.q. paprika və xırda doğranmış soğanı əlavə edib qovurun. Doğranmış əti əlavə edib qızardın.
Doğranmış yerkökü əlavə edin.
Bir qədər qovrulduqdan sonra digər ərzağı qatın: bibər, lobya, pomidor. Qarışdırıb azca duz vurun
Üstünə çıxacaq qədər bulyon tökün. Qulyaş kimi qatı olmalıdır. Acı istiotu da qazana atıb qapağını örtün, ocağı azaldın.
Kartofu təmizləyib iri doğrayın. 40-60 dəqiqə sonra kartofu əlavə edin, yenə bulyon tökün, duzunu yoxlayın, qapağını örtün.
Kartof bişdikdən sonra sarımsaq və cəfərini əlavə edin.

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT

Boqraç resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, bulyon, sonra, pomidor, lobya, sarımsaq, paprika, yerkökü, Doğranmış, qapağını, tökün, qədər, istiot, örtün, qazana, olmalıdır, Üstünə, çıxacaq, Qulyaş, ocağı
BİZİ İZLƏYİN