• Guştnut resepti

Reseptin məlumatları Baxış sayı: 14 186

Tarix : 1-06-2015, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal əti (qoyun əti də olar)
400 q noxud
5 orta boy pomidor
1 baş soğan
ədviyyat

Hazırlanamsı:
Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün.
Həcmi 2-3 dəfə artacaq.
Əti "quşbaşı" doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın.
Pomidorların üzərinə qaynar su tökün.
Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun.
Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin.

1 saat sonra:
Pomidorun qabığını soyun.
Kubik doğrayın.
Qazana əlavə edin.
Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin.
Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün.
Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun.
Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun.
Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, yuyub, dəqiqə, tökün, üzərinə, istiot, doğrayın, soyuq, qoyun, bişirin, soğan, Qazana, bağlı, itilikli, qapağı, Pomidorun, qırmızı, Qarışdırın, qabığını
BİZİ İZLƏYİN