• Tənbəl plovu resepti

Reseptin məlumatları Baxış sayı: 15 699

Tarix : 8-05-2015, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 st. düyü
2 baş soğan
1 banka qarğıdalı konservi
toyuq budu (qədəri - zövqə görə)
duz, istiot, paprika, ədviyyat (zövqə görə)

Hazırlanması:
Soğanı doğrayıb yağda qızardın, formaya döşəyin. Qarğıdalının suyunu süzüb soğanın üstünə döşəyin.
Düyünü yuyun, qarğıdalının üstündən döşəyin. 3 st. qaynar su tökün.
Toyuq budlarını duzlayıb-istiotlayın, ədviyyat vurun, düyünün üstünə düzün.
Formanın üzərinə folqa çəkin. Sobada 35-45 dəqiqə, hazır olanadək bişirin.

Nuş olsun!
Etiketlər: döşəyin, ədviyyat, zövqə, üstünə, duzlayıb, istiotlayın, vurun, düyünün, budlarını, Toyuq, üstündən, qaynar, tökün, düzün, Formanın, hazır, olanadək, bişirin, olsun, dəqiqə
BİZİ İZLƏYİN