• Toyuq ətli qızılgül piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 6053

Tarix : 8.05.2015, 21:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
4 toyuq filesi
3 yerkökü
300 q göbələk
1 baş soğan
100 ml qaymaq
300 q pendir
1 limonun şirəsi
25 q muskat cevizi
duz
istiot

Hazırlanması:
Toyuq ətini nazik şəridlərə doğrayın, dərin qaba yığın.
Limon şirəsi, duz, istiot, üyüdülmüş muskat cevizini qarışdırın, toyuğun üzərinə əlavə edib bir müddət saxlayın.
Yerkökünü qaynadın.
Soğanı xırda doğrayın.
Göbələyi yuyub doğrayın. Hazır doğranmış göbələkdən də istifadə edə bilərsiniz.
Soğanı bitki yağında qovurun.
Göbələyi əlavə edib qovurun.
Qaymaq əlavə edin.
Qarışdırıb tavanın qapağını örtün, bişirin.
20 sm diametrli formanı bitki yağıyla yağlayın.
Ət tikələrini formanın dibinə və kənarlarına döşəyin.
Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Soyumuş göbələyi döşəyin.
Yerkökünü sürtgəcin iri gözündən keçirin.
Göbələyin üstündən yerkökünü döşəyin.
Ətin qalanını spiral formasında döşəyin.
200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Piroqun şirəsi çox olacaq, ona görə 30 dəqiqə sonra bu şirəni süzün.
Ət tikələrinin birləşdiyi yerlərə pendir səpin.
Yenidən sobaya qoyun. Pendir əriyib qızarandan sonra çıxarın. 10 dəqiqə formada saxlayın. Sonra buluda çəkin.
Süfrəyə kartof püresi ilə verə bilərsiniz.

Nuş olsun!

Etiketlər: döşəyin, əlavə, doğrayın, şirəsi, pendir, dəqiqə, istiot, sonra, bitki, qovurun, bişirin, muskat, bilərsiniz, səpin, Soğanı, Göbələyi, Yerkökünü, saxlayın, spiral, dərəcə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
arzum-aysum
yene gobelek, niye reseptlerin coxunda var. men sevmirəm axi
21 may 2015 20:08
1
BİZİ İZLƏYİN




Yandex.Metrica