• Lənkəran ləvəngisi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 106415

Tarix : 3.06.2014, 12:38

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Foto reseptlər

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Ləvəngi toyuq və balıq üçün içdir. Bu içi adətən Azərbaycanın Cənub bölgələrində, xüsusiylə Lənkəranda hazırlayırlar. Çox dadlıdır.

Tərkibi:
100 gr xırdalanmış qoz
2 orta qırmızı soğan
1 x.q. ərinmiş yağ
3-4 x.q. lavaşanə
Duz, istiot
Toyuq və ya balıq

Hazırlanması:
Qozu xırdalamaq, amma yeyəndə bu xırdalar dişin arasında hiss olunmalıdır. Qərməzə soğanı təmizləyib, xırdalamaq və tənzifdə (marlyada) sıxmaq. Sonra tavada yağsız orta alovda soğanı “ölənə” kimi qızartmaq. Soyudmaq.

Lavaşanəni xırdalamaq (qayçi ilə olar) üstünə yumuşalmaq üçünsu isti tökün. Vaxt aşırı qarışdırın, lazımsa yenədə isti su əlavə edin. Quru lavaşanənin yerinə alça pastası da istifadə eləmək olar. Alça pastasının düzılmı metodunu siz “Ümumi texnika” bölməsində tapa bilərsiniz. Horra alınmalıdır.
Lənkəran ləvəngisi resepti - FOTO RESEPT

Qozu, soğanı, ərinmiş yağı, duzu, istiotu və horranı bir qaba tökün və yaxşı qarışdırın. Dadın, kütlə turşməzə-duzlu və bir qədər acı olmalıdır.

Toyuqu və ya balığı yuyub yaxşı təmizləyin.Toyuq istifadə edirsizsə, artıq hissələrini – qanadın və budun uclarını kəsib atın (şəkildə görmək olar, nələri mən kəsmişəm). Azərbaycanda toyuqu “uc” hissələrlə süfrəyə heç vaxt vermirlər.
Lənkəran ləvəngisi resepti - FOTO RESEPT

Toyuq istifadə edirsizsə, içdən bir qədər kənara qoyun. Qalan içlə toyuqun içini doldurun, qarnını sapla tikin. Qanadının altını, budları deşin. Qalan içlə toyuqun bayır hissəsinə sürtün və deşiklərə qoyun. Bir saat ərzində 180 gradus duxovkada bişirin.
Lənkəran ləvəngisi resepti - FOTO RESEPT

Nuş olsun!

Etiketlər: Toyuq, istifadə, xırdalamaq, soğanı, tökün, ərinmiş, edirsizsə, qoyun, Qalan, toyuqun, qədər, qarışdırın, balıq, yaxşı, alınmalıdır, hissələrini, artıq, qanadın, budun, görmək
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Roya
aaa bu nedi bele levengi siz harda gormusuz bilmirem amma xais edirem talislarin yemeyin bele bu hala salmayinda olmaz axi bile ilk defedir bele levengi esidirem hec bele levengide olar 27
13 dekabr 2014 09:38
1
HƏR YERƏ SƏNİ YAZARAM...AMMA ÖLSƏMDƏ SƏNƏ YAZMARAM!!!!
BİZİ İZLƏYİN




Yandex.Metrica