• Koreya üsulu pomidor resepti

Reseptin məlumatları Baxış sayı: 14 227

Tarix : 2-05-2016, 09:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 kq pomidor
4 bolqar bibəri
2 diş sarımsaq
2 qırmızı acı istiot
göyərti

sous:
100 q sirkə
100 ml bitki yağı
100 q şəkər tozu
2 x.q. duz

Hazırlanması:
Pomidoru iri doğrayın (ortadan ikiyə, yaxud dördə bölün)
Bibər, sarımsaq və qırmızı acı istiotu ət maşınından keçirin, qarışdırın.
Göyərtini doğrayın.
3-litrlik balona lay-lay düzün: pomidor + tərəvəz qarışığı + göyərti.
Sousun ərzağını qarışdırıb üstünə tokün.
Balonun ağzını bağlayıb tərsinə çevirərək soyuducuya qoyun. 8 saat sonra çevirib düz qoyun. Salat hazırdır.

Nuş olsun!
Etiketlər: qırmızı, doğrayın, qoyun, sarımsaq, göyərti, pomidor, qarışdırıb, üstünə, tokün, Balonun, ərzağını, düzün, balona, qarışığı, Sousun, tərəvəz, tərsinə, çevirib, Salat, hazırdır
BİZİ İZLƏYİN