• İçi doldurulmuş durnabalığı resepti

Reseptin məlumatları Baxış sayı: 15 974

Tarix : 5-06-2014, 22:34

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Durnabalığı (kütləsi təxminən 700 qr)
100 q çörək
200 ml süd
1 ədəd yumurta
150 q baş soğan
1-2 yemək qaşığı qaynadılmış düyü (istifadə etməsəniz də olar)
Ədviyyatlar
Mayonez
Duz
Bibər

Hazırlanması:
Balığımız təmizlənir, başı kəsilir və dəri ətindən ayrılır.
Dəriləri diqqətlə yavaş-yavaş aradan qaldırırıq.
Balığın quyruğunun sümüklərini kəsirik və içalatını çıxardırıq.
Ət çox asanlıqla bir-birindən ayrılır. Sümükləri ayrıdır.
Çörəyi südə batırıb isladırıq.
2-3 dəfə batırıb-çıxarda bilərsiniz. Əti qrinder vasitəsilə çəkə bilərsiniz. Çörək və soğanı qarışdırırıq.
Göyərtiləri isə doğrayırıq.
Ət, soğan, düyü, çörək, göyərti qarışdırılır. Duz və istiot da əlavə olunur.
Yumurta əlavə edilir.
Yaxşı qarışdırılır.
Sonra həmin qarışığı balığın içərisinə əlavə edirik.
Sonra folqaya sarıyırıq və mayonezləyirik.
Zövqə uyğun bəzəyirik və 180 dərəcədə 1 saat bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, soğan, yavaş, Sonra, qarışdırılır, çörək, batırıb, ayrılır, bilərsiniz, istiot, olunur, göyərti, qarışdırırıq, vasitəsilə, qrinder, çıxarda, Çörək, soğanı, Göyərtiləri, Yumurta
BİZİ İZLƏYİN