• Heyva dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 527

Tarix : 13-02-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd heyva,
150 q qiymə,
1\2 su stəkanı düyü,
4 yemək qaşığı kərə yağı,
2 yemək qaşığı tomat,
1 soğan,
1 dəstə təzə nanə,
2 stəkan su,
1 ovuc doğranmış cəfəri,
Duz,
İstiot,

Hazırlanması:
Heyvaların təpələrini papaq kimi kəsin.
İçərisini diqqətli oyun.
Sonra bu heyvaharı limonlu suda saxlayın.
Heyva dolması içini hazırlamaq üçün cəfərini, nanəni, soğanı incə doğrayın.
Qiyməni , düyünü, duz, istiot ilə yaxşı-yaxşı yoğurun.
Heyvaların içini bu qarışıqla doldurun.
Qapaqlarını qapadın və qazana düzün.
Başqa bir tavada kərə yağını əridin.
Tomatı əlavə edib yüngülcə qovurun və 2 stəkan su əlavə edin.
Duz və istiotu da əlavə edərək bir az qaynadın.
Qaynayan tomatlı suyu heyvaların üzərinə əlavə edin və vam odda 1 saat bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, Heyvaların, qaşığı, içini, yaxşı, yemək, düzün, Başqa, tavada, istiot, qazana, qapadın, qarışıqla, doldurun, yağını, yoğurun, Qapaqlarını, yüngülcə, heyvaların
BİZİ İZLƏYİN