• Toyuq ciyəri qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 22 110

Tarix : 5-01-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq ciyəri,
3-4 dənə uzunsov bibər,
Duru yağ,
duz,
Qırmızı pul bibər,
Kəklik otu,

Hazırlanması:
Toyuq ciyərlərinin arasındaki ürəkləri ayırın.
Ürəklərin üzərindəki yağları və üzərindəki pərdələri tamamən təmizləyin və uzununa ikiyə ayırın.
Ciyərləri iti bir bıçaqla kiçik parçalara ayırın.
Tavada qızdırdığınız yağın içinə əvvəlcə ürəkləri, bir neçə dəqiqə sonra da toyuq ciyərlərini atın.
Aram-aram qarışdıraraq suyu çəkilənə qədər qovurun.
Suyu çəkilmək üzrə ikən çox iri doğradığınız soğan ve uzunsov bibərləri, duzu, qırmızı pul bibəri və kəklik otunu tavaya atın.
Soğan və bibərlərin qovrulduğuna əmin olduqdan sonra qazanın altını söndürün.
İsti-isti servis edin.

Nuş olsun!
Etiketlər: ayırın, ürəkləri, sonra, bibər, üzərindəki, toyuq, uzunsov, ciyərlərini, soğan, bibərləri, qırmızı, doğradığınız, çəkilmək, çəkilənə, qədər, qovurun, bibəri, qarışdıraraq, otunu, olduqdan
BİZİ İZLƏYİN