• Mərciməkli manti resepti

Reseptin məlumatları Baxış sayı: 14 996

Tarix : 18-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3 stəkan un,
1 yumurta,
1 çimdik duz,
Su,

Mantinin ərzaqları:
1 stəkan bişmiş mərcimək,
1 quru soğan,
Qırmızı toz bibər,
İstiot,

Üzəri üçün sos:
1 şorba qaşığı tomat,
1 litrə qaynar su,
Kərə yağı,
3-4 diş sarımsaq,
2-3 stəkan qatıq,

Hazırlanması:
Iç üçün əvvəlcə mərcinməkləri bişirib süzün.
Soğanları incə-incə doğrayın.
Çox az qovurun.
Qırmızı toz bibəri, duz və istiotu da əlavə edin.
Soyumağa qoyun.
Xəmir üçün lazım olan ərzaqların hamısını qarışdırıb yoğurun.
30 dəqiqə dincə qoyun.
3 stəkan un, 1 yumurtadan böyük bir kündə olur.
Bu kündədən isə böyük bir sini mantı çıxır.
Kündələri normal incəliklə açın.
2-2,5 sm-lik kasalarla xəmirləri doğrayın.
Hazırladığınız mərciməkli içi dördkünc xəmirlərin içinə qoyun.
Qarşılıqlı kənarlarını yapışdırın.
Ortası bir az açıq qalacaq şəkildə yağlanmış siniyə düzün.
Üzərinə çay qaşığı ilə kərə yağı qoyun və 200 dərəcə qızmış fırında qızardın.
Sulu sos üçün tomat və qaynar suyu qarışdırın və fırından yeni çıxmış mantıların üzərinə tökün.
Sonra ocağın üzərinə qoyub sininin üzərini bir qapaqla örtün.
Mantı qabarıb şişənə qədər bişirin.
Soslu mantını 120 dərəcə qızdırılmış fırında 20 dəqiqəyə yaxın bişirə də bilərsiniz.
Bişib hazır olan mantıya kərə yağı, sarımsaqlı qatıq töküb servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyun, stəkan, qatıq, qaynar, tomat, qaşığı, üzərinə, dərəcə, fırında, böyük, bilərsiniz, doğrayın, Qırmızı, Xəmir, qızardın, servis, olsun, qarışdırın, çıxmış, tökün
BİZİ İZLƏYİN