• Bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 20 852

Tarix : 9-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
160 qram qoyun əti
Quyruq yağı
200 qram yaşıl bibər
15 qram yumru düyü
20 qram quru baş soğan
20 qram mayeyağ
50 qram qatıq
əzilmiş istiot
əzilmiş darçın
duz

Hazırlanması:
Dolma hazırlamaq üçün əvvəlcə yaşıl bibərlər yuyulur. Yuyulduqdan sonra yaşıl bibərlərin baş hissəsindən kəsilir və içərisindəki çiyid və özəyi çıxardılıb təmizlənir.
Qoyun əti, quyruq yağı və soğan ətçəkən maşından keçirilib yağlı və soğanlı qiymə əldə edilir.
Düyü yumşalması üçün biraz qaynadılır.
Qiymə hazır olduqdan sonra buraya istiot, duz və əvvəlcədən qaynadılıb hazırlanmış düyü əlavə edilir. Qiymə qarışığı möhkəmcv qarışdırılır.
İçlik üçün hazırladığımız qiymə içərisi təmizlənmiş bibərlərin içərisinə doldurulur. Daha əvvəl kəsdiyimiz bibərlərin baş hissəsi, qapaq kimi kəsik bibərlərin üzərinə qoyulur.
İçi doldurulan bibər dolması daha sonra bir az qızardılır. Qızardıldıqdan sonra üzərinə əvvvlcədən ət və sümük qaynadılaraq əldə edilən az miqdarda ət bulyonu əlavə edilir. Qazanın qabağı örtülür və bibər dolması burada vam odda öz buğunda yavaş – yavaş bişir.
Qeyd: Bibər dolması süfrəyə verilərkən üzərinə qatıq əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: bibərlərin, sonra, üzərinə, dolması, edilir, əlavə, yaşıl, bibər, Qiymə, yavaş, qiymə, əzilmiş, soğan, istiot, qatıq, doldurulan, hissəsi, qoyulur, kəsik, qapaq
BİZİ İZLƏYİN