• Rulet börək resepti

Reseptin məlumatları Baxış sayı: 31245

Tarix : 6.06.2014, 09:33

Bölmə : Quru yeməklər, Börəklər, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkibi:
6 ədəd yumurta sarısı
1 su stəkanı duru yağ
2 su stəkanından iki barmaq əskik su
1 paket qabartma tozu
Ala bildiyi qədər un, duz

Aralarına sürtmək üçün:
125 qram kərə yağı

İçi üçün:
350 qram ağ pendir
Yarım dəstə cəfəri

Üzərinə:
1 ədəd yumurta sarısı

Hazırlanması:
Yumurta sarıları, duru yağ, su, qabartma tozu və duzu dərin bir qaba əlavə edin. Un əlavəsiylə yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Hazırladığınız xəmiri 15 ədəd kündəyə ayırın. Hər kündəni tort qabı böyüklüyündə açın. 5 ədəd yuxanın aralarına kərə yağı sürttüb üst-üstə qoyun. Qalan 10 ədəd kündəni də beş-beş sayda eyni şəkildə hazırlayın. Araları yağlanılmış beşli xəmirin hər küncünü ortaya qatlayaraq kvadrat şəkli verin və 1 saat soyuducunda gözlədin. Digər xəmirlərə də eyni əməliyyatı tətbiq edin. Gözlədilən xəmirləri unlu yerdə 1 sm qalınlığında kvadrat şəklində açın. Hər birini 4 uzun hissəyə bölün və cəmi 12 xəmir əldə edin.
İçlik üçün parçalanmış ağ pendiri incə doğranmış cəfəri ilə qarışdırın. 1 parça xəmirin uc qisiminə pendirli içlikdən qoyun və bir yumrulayıb bükün. Kəsdiyiniz yerdən eyni əməliyyatı davam etdirin. Xəmirlər və içlik bitənə qədər əməliyyata davam edin. Rulet börəkləri soba qabına düzün və üzərlərinə yumurta sarısı sürtün. Əvvəldən isidilmiş 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin.

Nuş olsun!

Etiketlər: qədər, sarısı, yumurta, xəmir, cəfəri, kündəni, əməliyyatı, davam, xəmirin, qoyun, kvadrat, qabartma, qarışdırın, doğranmış, pendiri, parça, qisiminə, bükün, yumrulayıb, içlikdən
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica