• Alabalıq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 10891

Tarix : 18.03.2017, 21:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Alabalıq: 4 ədvd
Sarımsaq: 2 diş
Limon: 1 ədəd
Kəkotu
Maye yağ: 1 qəhvə fincanı
İstiot
Duz
4 ədə alabalıq
2 diş sarımsaq
1 ədəd limon
2 çay qaşığı kəkotu
1 kofe fincanı maye yağ
Duz
İstiot

Hazırlanması:
Alabalıq kababı hazırlamaq üçün əvvvlcə alabalıqların içalatını və üzərinin pulcuqlarını və bol su ilə təmiz yuyun. Təmizlənib yuyulan alabalıqlar əvvəlcə bir süzgəcə qoyulur və suy süzülür. Suyu süzülən alabalıqları daha sonra artıq sulardan da qurtarmaq üçün kağız dəsmalla qurulayın.
Dərin bir qa bgötürün. Bu dərin qabda yağı, limon suyunu, kəkotunu, istiotu, duzu qarışdırın. Sarımsaqların qabıqlarını təmizləyin və həvəngdəstə vasitəsi ilə əzin Bu əzilmiş sarımsaqları da yağ, limon suyu, kəkotu və istiot qarışığına əlavə edin və möhkəmcə qarışdırın. Balıq kababı üçün sos hazırdır.
Suyu kağız dəsmalla qurudulan alabalıqları bu sos olan qaba, sosun içərisinə qoyun. Bu sosu suyu qurudulmuş alabalıqların yaxşıca bulaşdırın və yedirdin. Sonra bu soslu balıqları soyuducuya qoyun. Soyuducunun içərisində də balıqları arada çevirin ki, sosu canına yaxşı çəksin. Balıqları sosun içərisində soyuducuda ən az 1 saat gözlədin.
Soyuducuda sosun içərisində gözlədilən balıqları daha sonra rahatlıqla bişirmək olar. Bunun üçün müxtəlif bişirmə vasitələrindən istifadə etmək mümkündür: Məsələn: duxovkanın izqara hissəsi, tökmə qalın metal tava, elektrikli izqara (barbekue) və ya qızğın, alovsuz manqal. Balığın hər tərəfi yaxşı bişməsi üçün bir üzü tam bişdikdən sonra digər üzünü də çevirin. Bişmə əsnasında balığın hər iki tərəfini də arada fırça vasitəsi ilə yüngülvari yağlayın.
Alabalıq kababı bişib hazır olduqdan sonra, servis qabına alın. Kababı salat və yaxud göyərti ilə bəzəyərək süfrəyə verin.

Nuş olsun!
loading...

Etiketlər: sonra, kababı, sosun, alabalıq, balıqları, içərisində, limon, dəsmalla, qarışdırın, alabalıqları, arada, vasitəsi, çevirin, yaxşı, qoyun, alabalıqların, izqara, kağız, kəkotu, fincanı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN