• Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 161

Tarix : 18-07-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Cavan quzu əti: (qabırğa hissəsi)
Yağlı qatıq
Duz
Qara istiot
Baş soğan
Sarımsaq
Sarıkök
Dəfnə yarpağı
İyli göyərtilər

Hazırlanması:
Qatıqlı quzu əti yeməyi hazırlamaq üçün qalın altlıqlı metal qazana ehtiyac var. Qazanın alt hissəsi incə olmamalıdır.
Yeməyi hazırlamaq üçün əvvəlcə baş soğanlar soyulur, kiçik – kiçik doğranılır. Sarımsaqlar da həmçinin soyulur və doğranılır. Doğranılan sarımsaq və soğan qazana qoyulur. Soğan bol olmalıdır. Bundan sonra qazandakı sarımsaq və soğana duz və ədviyyatlar: əzilmiş qara istiot və sarıkök də əlavə edilir.
Bütöv soğan və sarımsaq xoşlayırsınızsa, qatıqlı quzu əti yeməyinə doğranmış soğan və sarımsaqla yanaşı ortadan iki kəsilmiş bütöv soğan və sarımsaq da əlavə etmək olar.
Bundan sonra ədviyyatlı soğanın üzərinə qatıq (və ya kefir) əlavə edilir. Qatığın da üzərindən çox az duz səpilir.
Doğranmış qoyun qabırğa hissəsindən ət tikələri səliqə ilə qazana qatığın üzərindən düzülür. Quzu ətinin üzərindən isə doğranmamış bütöv bibər, iyli otlar, dəfnə yarpağı qoyulur.
Bibərin doğranmadan bütöv qoyulması, bibər bişdikdən sonra ona özünə xas dad verir.
Hazırlıqlar qurtardıqdan sonra qazanın qapağı örtülür və vam odda bişirilməyə başlanır.
Yeməyi arada qarışdıraraq bişirmək lazımdır. Qarışdırılmadığı təqdirdə qatıqlı quzu əti yeməyinin alt hissəsi (ədviyyatlı soğan və sarımsaq) duzlu olar, digər hissələri (quzu əti) isə duzsuz qalar.
Qeyd: Varsa şəkildəki kimi yüksək qapaq seçmək yaxşı olar. Bu onun üçündür ki, belə qapaqda buxarlaşan su yenidən yeməyin üzərinə damcıldamır. Ancaq sizin mətbəxdə bu şəkildə qapaq yoxdursa, qatıqlı quzu əti yeməyini bişirərkən qapağın iç hissəsinə bir dəsmal və ya kağız dəsmal qoyun. Bu, suyu çəkəcək və yeməyin üzərinə su damcıldamayacaq.
Qeyd: Diqqət etdinizsə, yeməyə yağ əlavə etmədik. Ancaq istəyə görə yağ əlavə etmək mümkündür.
Qeyd: Qatıqlı quzu əti yeməyini bişirərkən, quzu əti yerinə toyuq əti də istifadə etmək olar. Bununla yanaşı əgər dadını xoşlamırsınızsa sarı kök (zərdəçal) istifadə etməyin.

Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Qatıqlı quzu əti resepti - FOTO RESEPT

Qatıqlı quzu əti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: soğan, əlavə, sarımsaq, sonra, qatıqlı, qazana, etmək, üzərindən, bütöv, üzərinə, hissəsi, ədviyyatlı, qoyulur, Ancaq, dəsmal, kiçik, doğranılır, qoyun, Bundan, qapaq
BİZİ İZLƏYİN