• Maklube resepti

Reseptin məlumatları Baxış sayı: 25 127

Tarix : 14-07-2015, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 gram quzu əti
2 stəkan düyü
1 qaşıqkərə yağı və ya marqarin
3 ədəd orta ölçülü soğan
1 kiçik stəkan yaşıl noxud konservi
3 stəkan isti su
1 ədəd orta ölçülü kök
Duz, istiot
Bulyon (istəyə görə)
Yarım stəkan maye yağ (plov üçün)
1 stəkan maye yağ (kartof qızartmaq üçün)

Hazırlanması:
Yumru düyünü duzlu suda 15-20 dəqiqə gözlədin. Kiçik-kiçik doğranmış ətləri qazana qoyun. Üzərinə biraz çıxacaq qədər isti su əlavə edin. Ətlər yumşalana qədər bişirin. Sonra ətə duz, istiot və kərə yağı əlavə edilib 5 dəqiqə yenə bişirilir. Kub şəklində doğranıb suda bişirilmiş kök və noxud konservası da ətə əlavə edilib qarışdırılır.
Kartof soyulur, halğavari dilimlənir. Qaynar yağda yarımbişəcək şəkildə qızardılır.
Qazanın dibinə ət və noxud qoyulur. Bunların üzərinə qızarmış kartoflar bir sıra döşənir. İstənilirsə, qazanın kənarlarına da kartof dilimləri dik vəziyyətdə düzülür. İslatdığımız düyünün suyu süzülür, yuyulur. Sonra rəngi şəffaflaşana qədər qovrulur. Qovrulan düyü qazanda kartofların üzərinə yayılır. 3 stəkan su düyünü üzərinə əlavə edilir. Duz əlavə edilir.
Qazanın qapağı örtülür, vam odda düyü yumşalıb üzəri göz-göz olana qədər bişirilir.
Yeməyi qarışdırmaq olmaz.
Bişdirdən sonra ocağın üzərindən götürülür, üzəri təmiz bir bezlə örtülür, 10-15 dəqiqə dəmə qoyulur.
Sonra qazan düz bir sini üzərinə tərs çevrilir, yeməyin şəklini pozmadan ehtiyatla çıxardılır.
Bundan sonra sininin ətrafına bir sıra salat, bir sıra qatıq olacaq şəkildə bəzədilir.
Isti halda servis edilir

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, üzərinə, qədər, Sonra, noxud, edilir, dəqiqə, edilib, bişirilir, Qazanın, sonra, üzəri, örtülür, düyünü, şəkildə, qoyulur, istiot, kartof, kiçik
BİZİ İZLƏYİN