• Qabırğa dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15395

Tarix : 11.07.2015, 20:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı düyü,
1 çay stəkanı iri çəkilmiş badam,
2 şorba qaşığı kərə yağı,1 stəkan su,
2 çay qaşığı pul bibər,
1 şorba qaşığı reyhan,
1 dəstə incə doğranmış şüyüd,
Duz,
Istiot,

Qabırğa üçün ərzaqlar:
1,5 kq quzu qabırğası(ön qol),
Yarım şorba qaşığı bibər tomatı,
1 çay qaşığı istiot,

Hazırlanması:
Düyünü yuyub süzün.
Tavada kərə yağını əridib düyü və badamı qovurun.
Qarışığın yarısını bir qaba alıb ayırın.
Qalan qarışığa 1 stəkan su əlavə edib , düyülər bişənə qədər bişirin.
Plov soyuyunca pul bibər, duz, istiot, cəfəri, reyhan və ayırdığınız düyülü qarışımı əlavə edib qarışdırın.
Qabırğanı plovla doldurub sağlam bir iplə tikin.
Qabırğa dolmasını böyük bir metal süzgəcə yerləşdirin və uyğun bir qapaqla örtün.
Süzgəci içində su olan bir qazanın üzərinə yerləşdirin(su süzgəcə dəyməsin).
Buxarda 3 saat bişirin.
Bibər tomatına istiot və çox az bir su əlavə edib qarışdırın.
Qabırğa dolmasını fırın tabağına alıb tomatı üzərinə yaxın.
190-200 dərəcəyə qədər qızdırılmış fırında üzəri qızarana qədər 20 dəqiqə bişirib servis edin.

Nuş olsun!


Etiketlər: qaşığı, bibər, qədər, istiot, əlavə, Qabırğa, şorba, tomatı, stəkan, süzgəcə, stəkanı, üzərinə, bişirin, yerləşdirin, qarışdırın, dolmasını, reyhan, qapaqla, Süzgəci, uyğun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN