• Köhnəlməyən poğaça resepti

Reseptin məlumatları Baxış sayı: 27 672

Tarix : 15-07-2015, 18:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket yaş maya,
1 su stəkanı ilıq süd,
2 yemək qaşığı toz şəkər,
1 su stəkanı duru yağ,
1 şüşə mineralnı su 200 ml,
1 yemək qaşığı duz,
6 su stəkanı un,

İçi üçün:
Pendir-cəfəri,

Üzərinə:
2 yumurta sarısı,
Cirə,

Hazırlanması:
Yoğurma qabına maya, ilıq südü alın.
Maya əriyənə qədər qarışdırın.
Mineralnı suyu və duru yağı da əlavə edərək qarışdırmağa davam edin.
Az-az un, şəkər tozuvə duz əlavə edin.
Xəfif ələ yapışan bir xəmir yoğurun.
Xəmirin üzərini örtün və iki qatına çatana qədər mayalanmaya qoyun.
Mayalanan xəmiri mandalindən böyük kündələrə ayırın.
Ovcnuzun içərisində açıb pendir cəfəri qoyub bükün.
Yağlanmış tabağa düzün və üzərinə bol yumurta sarısı və cirə səpin.
Tabaqda daha 10 dəqiqə saxlayın və 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qədər, stəkanı, sarısı, əlavə, cəfəri, yumurta, qaşığı, şəkər, yemək, bükün, qoyub, xəmiri, tabağa, Yağlanmış, pendir, Ovcnuzun, kündələrə, böyük, düzün, ayırın
BİZİ İZLƏYİN