• Qiyməli qabaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 611

Tarix : 9-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
4 orta boy qabaq,
1 pomidor,
1 soğan,
250 q orta yağlı qiymə,
30 q kərə yağı,
1 çay stəkanı düyü,
Yarım dəstə şüyüd,
1 şorba qaşığı tomat,
1 qəhvə fincanı su,
Duz,
Istiot,
Ədviyyatlar,

Hazırlanması:
Düyünü duz atılmış qaynar suda 15 dəqiqə saxlayıb süzün.
Soğanı soyub doğrayın.
Şüyüdü təmizləyib doğrayın.
Qabaqları alacalı soyun.
Üzərindən barmaq qalınlığında kəsib içini çıxardın.
Çıxartdığınız qabaq içlərini zər şəklində doğrayın.
Soğan, qiymə, şüyüd, tomat və bir qəhvə fincanı su, kərəyağı, duz və ədviyyatı əlavə edib yoğurun.
Ən sonda düyünü əlavə edin.
Hazırladığınız qarışığı qabakların içərisinə doldurun.
Üzərini örtmək üçün pomidorları doğrayın.
Pomidorları da yerləşdirdikdən sonra qazana düzün.
Qazanın kənarından 2 stəkan su tökün.
Qaynadıqdan sonra vam odda qabaqlar bişənə qədər bişirin.
Ocaqdan düşürdərək isti halda servis edin.

Nuş olsun!
Etiketlər: doğrayın, qəhvə, tomat, şüyüd, qiymə, əlavə, qabaq, sonra, fincanı, doldurun, pomidorları, Pomidorları, içərisinə, örtmək, Üzərini, qarışığı, yoğurun, ədviyyatı, kərəyağı, sonda
BİZİ İZLƏYİN