• Yaşıl mərciməkli yarpaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 18 197

Tarix : 18-07-2015, 12:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
250 q yarpaq,
1 su stəkanı yaşıl mərcimək,
5 soğan,
3 pomidor,
Yarım stəkan zeytun yağı,
1 çay qaşığı qırmızı toz bibər,
1 çay qaşığı şəkər tozu,
3-4 dənə cəfəri,
1 stəkan isti su,
Yarım limon suyu,
Istiot,
Duz,

Hazırlanması:
Yarpaqları qaynar suda 2-3 dəqiqə saxlayıb çıxardın.
Mərciməyi yuyub bir qazana yığın.
Üzərini örtəcək qədər su əlavə edin.
Çox əzilməmək şərti ilə bişirin və süzün.
Soğanları doğrayın.
Pomidorları soyub küp küp doğrayın.
Tavada soğanlar qızarana qədər qovurun.
Pomidorları əlavə edib yüngülvari qovurun.
Süzülmüş mərcimək, bir az duz, istiot və qırmızı toz bibəri və şəkər tozunu əlavə edin.
Cəfərini doğrayın və bütün ərzaqları qarışdırıb 1-2 dəqiqə bişirin.
Ocaqdan düşürdərək soyumağa qoyun.
Qazanın dibinə bir neçə yarpaq sərin.
Yarpaqları açıb içərisinə mərciməkli xərci yerləşdirin və möhkəm sararaq qazana yerləşdirin.
Isti su, bir az duz və limon suyu əlavə edərək bişməyə qoyun.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, Yarpaqları, limon, dəqiqə, yerləşdirin, bişirin, qədər, qoyun, qazana, Pomidorları, şəkər, qırmızı, mərcimək, Yarım, stəkan, yarpaq, qaşığı, qovurun, Ocaqdan
BİZİ İZLƏYİN