• Gül kələmi yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 59 951

Tarix : 15-07-2015, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd gül kələmi,
150 q qiymə,
1 dənə soğan,
1 dənə kök,
3 ədəd yaşıl bibər,
1 yemək qaşığı pomidor tomatı,
1 yemək qaşığı kərə yağı,
Isti su,

Hazırlanması:
Gül kələminin yarpaqlarını təmizləyin.
Kök qismini kəsin.
Təmizlədiyiniz gül kələmlərini istifadə edənə qədər limonlu suda saxlayın.
Gül kələminin iyini azaltmaq üçün limonlu sudan alıb süzün.
1 dəqiqə qaynar suda bişirin.
Kərə yağını əridin.
Soğanları əlavə edib qovurun.
Kökləri də əlavə edərək qovurmağa davam edin.
Yaşıl bibəri və qiyməni də əlavə edin.
Qiymə topalanmasın deyə əzərək qovurun.
Qiyməni qovurduqdan sonra pomidor və bibər tomatlarını da əlavə edib qarışdırın.
Bişmiş gül kələmlərini də qazana töküb yaxşı-yaxşı qarışdırın.
Gül kələmlərinin üzərini örtəcək qədər isti su tökün.
Duz, istiot, pul bibər,qırmızı bibər səpin.
20 dəqiqə orta atəşdə bişirin.
Gül kələmi xörəyi hazırdır .
Servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bibər, əlavə, limonlu, qədər, kələmlərini, dəqiqə, bişirin, yaxşı, qarışdırın, kələminin, qovurun, qaşığı, pomidor, kələmi, yemək, Bişmiş, töküb, soğan, qazana, tomatlarını
BİZİ İZLƏYİN