• Kağız kababı resepti

Reseptin məlumatları Baxış sayı: 17 732

Tarix : 26-12-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q quşbaşı doğranmış dana əti,
2 kök,
1 su stəkanı göy noxud,
20 arpacıq soğan,
4 yeməkqaşığı zeytun yağı,
1 yemək qaşığı pomidor tomatı,
2 pomidor,
1 stəkan su,
1 şirniyyat qaşığı kəklik otu,
Duz,
Istiot,

Hazırlanması:
Bir qazanda zeytun yağını qızdırın.
Arpacıq soğan və quşbaşı ətləri 2-3 dəqiqə qopvurun.
Tomat və suyu əlavə edib vam odda ətlər yumşalana qədər bişirin.
Kartof, pomidor, və kökü küp –küp doğrayıb ətlərə əlavə edin.
Tərəvəzlər yumşalınca noxud, duz, istiot və kəklik otunu da əlavə edərək 5 dəqiqə daha bişirərək ocaqdan düşürdün.
Yağlı kağızdan dörtbucaqlı şəklində kəsin.
Yeməyi kağızın ortasına tökün kənarlarını ortasına doğru qatlayın.
Kənarlarını da qapataraq paket kimi bükün.
Qat yeri altda qalacaq şəkildə fırın tabağına düzün.
Kağızların üzərini isladın və 190 dərəcə qızdırılmış fırında 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, pomidor, bişirin, qaşığı, ortasına, zeytun, kəklik, noxud, quşbaşı, soğan, kənarlarını, Yağlı, Kənarlarını, qatlayın, doğru, kağızın, şəklində, dörtbucaqlı, kəsin
BİZİ İZLƏYİN