• Pomidorlu, ədviyyatlı plov resepti

Reseptin məlumatları Baxış sayı: 16254

Tarix : 19.07.2015, 10:00

Bölmə : Quru yeməklər, Aş - Plov, Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 stəkan düyü,
1 pomidor,
1 uzunsov bibər,
Duz,
İstiot,
Reyhan
Su,
Duru yağ,

Hazırlanması:
Pomidoru yuyun, soyub doğrayın
Uzunsov bibəri yuyun və sonra doğrayın.
Qazana duru yağı qoyub qızdırın və doğranmış pomidor və bibəri içinə əlavə edərək bir neçə dəqiqə qovurun.
Düyünü yuyub suyunu süzün. Yuyulub suyu süzülən düyünü də qazana alıb qovurun.
Duzunu və ədviyyatlarını da əlavə edərək qapağını örtün.
Vam odda suyunu çəkənə qədər bişirib servis edin.

Nuş olsun!
Etiketlər: bibəri, doğrayın, edərək, qovurun, suyunu, yuyun, əlavə, pomidor, düyünü, qazana, Duzunu, süzülən, Yuyulub, stəkan, süzün, ədviyyatlarını, qapağını, servis, olsun, bişirib
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Hesenova
beyendim yoxlayaram
19 iyul 2015 15:12
1
HAMIYA NUS OLSUN!
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN