• Toyuq bud dolma resepti

Reseptin məlumatları Baxış sayı: 15 728

Tarix : 20-12-2015, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
4 dənə iri toyuq budu,
1 yemək qaşığı xardal,
3 dənə göbələk,
1 ədəd kök,
4 dilim holland pendiri,
1 yarım qəhvə fincanı duru yağ,
1 su stəkanı ilıq su,

Hazırlanması:
Toyuq budlarının sümüklərini çıxardın.
Budları əzin və incələşdirin.
Üzərinə 1 yemək qaşığı xardal sürtün.
Göbələkləri çox əzmədən doğrayın.
Köklərin qabığını soyun və dilimləyin.
Hazırladığınız göbələk və kökləri də toyuqların içərisinə yerləşdirin.
Holland pendirini də üzərinə töküb rulon şəklində bükün.
Toyuqlar bişərkən açılmaması üçün bir kurdan ilə bağlayın.
Zeytun yağını bir yanmayan tavanın içərisinə tökün və qızdırın.
Dolma hazırladığınız toyuqları da yağın içərisinə atın və hər tərəfini qızardın.
Qızarmış toyuqları ayrı bir qazana yığın.
Üzərinə bir stəkan su tökün.
Vam odda toyuqlar və iç ərzaqları yaxşıca bişənə qədər bişirin.
Qazandakı su tamamən çəkiləndən sonra dolmanı ocaqdan düşürdün və servis üçün hazırlayın.

Nuş olsun!
Etiketlər: içərisinə, toyuqları, tökün, göbələk, Üzərinə, qaşığı, xardal, yemək, Dolma, hazırladığınız, tərəfini, Qızarmış, qızardın, yağın, qızdırın, bağlayın, kurdan, Zeytun, yağını
BİZİ İZLƏYİN